Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov fevralın 22-də Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək.
“Yeni Sabah” xəbər verir ki, qəbul saat 10:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda Mingəçevir şəhəri ilə yanaşı Yevlax, Ağdaş, Bərdə rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.
Qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaq. Sezar pizza
Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.
Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin office@emdk.gov.az elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Telegram kanalımız