Slovakiyaya rəsmi səfəri çərçivəsində Baş Qərargah rəisi Kərim Vəliyev və onun rəhbərlik etdiyi nümayəndə heyəti Slovakiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Daniel Zmeko ilə birlikdə bu ölkənin müdafiə sənayesi şirkətlərini və hərbi təlim mərkəzinə baş çəkib.
Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycan nümayəndə heyətinə hərbi şirkətlərin fəaliyyəti, istehsal olunan silah və hərbi təyinatlı məhsullar barədə brifinqlər təqdim olunduqdan sonra ölkələr arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb. pizza hut
Telegram kanalımız