Kəşfiyyat: “Rusiya döyüşə 50 illik tankları göndərir”

saytların hazırlanması

Evə çatdırılma

Kəşfiyyat: “Rusiya döyüşə 50 illik tankları göndərir”

Dünya

27 May 2022 11:03 824


"Rusiya quru qoşunları Severodonetsk və Lisiçanskı mühasirəyə almaq cəhdlərini davam etdirir və bu yaxınlarda Popasnanın şimal-qərbində bir neçə kəndi ələ keçirib. Rusiyanın Severodonetski mühasirəyə salmaq cəhdərinə baxmayaraq, Ukrayna bir çox müdafiə sektorlarına nəzarəti əlində saxlayır və Rusiyanın Donbasa tam nəzarət etməsinə imkan vermir".

Yenisabah.az-ın xəbərinə görə, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

"Rusiyanın Cənub Qoşun Qrupunun qarşısında, çox güman ki, Ukraynanın cənub ərazilərini işğal etmək tapşırığı qoyulub. Son günlərdə Rusiya böyük ehtimalla 50 illik T-62 tanklarını dərin anbarlardan Cənub Qoşun Qrupunun məsuliyyət zonasına köçürüb. pizza hut

Şübhəsiz ki, T-62-lər tank əleyhinə silahlara qarşı xüsusilə həssas olacaq və onların döyüş meydanında olması Rusiyanın müasir, döyüşə hazır texnika çatışmazlığını vurğulayır", - məlumatda qeyd olunub.(Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!