“Keşikçi Dağ” düyünü necə həll oluna bilər? –  Rafiq Əliyevdən təklif

“Keşikçi Dağ” düyünü necə həll oluna bilər? – Rafiq Əliyevdən təklif

Din Veb saytların hazırlanması

16 İyul 2019 09:59 2039


“Dini baxımdan “Keşikçi Dağ”la bağlı məsələnin həlli çətin məsələdir. Çünki kilsə uzun tarixi olan kilsədir. O dövrdə də bu torpaqların kimə aid olduğu məlum deyildi. Kilsə demək olar ki, ölkənin sərhəddində tikilmişdi. Hər halda nə Azərbaycan, nə də Gürcüstan bir birinə torpaq payı verməyəcək”. 

Bunu “İRŞAD” İslam Araşdırma Mərkəzinin direktoru Rafiq Əliyev “Yeni Sabah”a açıqlamasında “Keşikçi Dağ”da baş verən insidentə münasibət bildirərkən deyib. 

Məsələnin sonunda kilsədən həm gürcülər, həm də azərbaycanlıların istifadə etmə qərarının alınacağını güman edən Rafiq Əliyev hesab edir ki, gürcülərin hazırkı iddiaları düzgün deyil: “Onlar  nalayiq ifadələrdən istifadə ediblər. Əlbətdə ki,  bu Gürcüstanın bəzi hakimiyyət adamların sözləridir və biz də buna əhəmiyyət verməyəciyik. Amma mənə elə gəlir ki, son nəticədə 2 ölkənin xalqlarının hər ikisi bu kilsədən istifadə edə biləcəklər. Yəni Azərbaycan vətəndaşı olan gürcülər də var və kilsə onların da mülkiyyətində olacaq. 

Dini baxımdan isə bu məsələ həll oluna bilməz. Orda yalnız bir məsələ var. O kilsə kimə tabe olacaq?  Bu provaslav kilsəsi daha çox gürcü provaslavları kilsəsinə yaxındır. Amma bizim provaslav kilsəsi və rus provaslav kilsələri arasında xeyli fərq var, həm adət-ənənələrdə, həm normalarda .

Onu da yəqin müəyyənləşdirərik ki, bir kilsədə ruslar da, gürcülər də ibadətlərini reallaşdıra bilsinlər. Bu kilsəni tam gürcülərin və ya bizim kilsələrin ixtiyarına vermək olmayacaq. Mən belə hesab edirəm ki, orda bir kompromis tapmaq lazımdır və geri addımlar atılacaq”.

Sabrina Eynullayeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!