“Keşikçi Dağ”dan - Fotosessiya

saytların hazırlanması

Evə çatdırılma

“Keşikçi Dağ”dan - Fotosessiya

Rəsmi

09 May 2019 15:59 2308


Son bir neçə həftə ərzində Gürcüstandan müxtəlif səviyyələrdə Azərbaycana yönəlik təxribatçı davranışlar, xüsusilə, Keşikçidağda yerləşən və geniş əraziləri əhatə edən VI-VII əsrə aid Alban xristian məbədinə iddiaların irəli sürülməsi gündəmin ən aktual mövzuları sırasında öndə gəlir. 

“Yeni Sabah” xəbər verir ki, “Yeniçağ” saytı həmin ərazidən forilar yayımlayıb. 

Ərazidəki Qatardağ silsiləsi 3 hissədən ibarətdir. Keşikçi qalası dağın zirvəsində yerləşir və orada Azərbaycan sərhədçiləri post quraraq, ərazilərə nəzarət edirlər. Həmin əraziyə nə Azərbaycan, nə də Gürcüstan tərəfdən buraxılış praktik olaraq, yoxdur. Hətta qoruğun əməkdaşları da o əraziyə çox çətinliklə keçə bilirlər. Azərbaycan tərəfdə olan və Gürcüstanın iddia etmədiyi İlham Əliyev zirvəsi sərhədçilərimizin tam nəzarətindədir. Dominos pizza

Mübahisəli olan isə haqqında danışdığımız məbədin yerləşdiyi ərazinin mərkəzə yaxın hissəsidir. Məbədin bir hissəsinin yerləşdiyi dağlıq əraziyə Azərbaycan sərhədçiləri nəzarət etmirlər. Gürcüstan tərəfinin iddiası isə dağın zirvəsindəki məbədlə yanaşı, dağın Azərbaycan tərəfinə baxan hissəsi, yəni cənubundakı mağaralardır. Oradakı mağaraların sayı 40-dan çoxdur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!