Keşlədə qatar qadının üzərindən keçdi

saytların hazırlanması

Evə çatdırılma

Keşlədə qatar qadının üzərindən keçdi

Hadisə

02 Oktyabr 2019 08:32 1196


Bu gün saat 08:23-də “Azərbaycan Dəmir Yolları” QSC-nin Keşlə stansiyasında bədbəxt hadisə baş verib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Belə ki, Bakı-Sumqayıt elektrik qatarı Keşlə stansiyasında hərəkətdə olarkən, vətəndaş Tacirə Vidadi qızı Rəhimova müəyyən olmayan yerdən dəmir yolu xəttini keçmək istəyib. Maşinist briqadası dərhal səs siqnalları verərək təcili tormozlama aparıb. Amma məsafə yaxın olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb. Nəticədə qadın qatarın yan hissəsinə toxunaraq müxtəlif dərəcəli bədən xəsarəti alıb. Marqarita pizza

Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası çağrılıb və yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!