Zərdabda körpə ölümü: Həkimlər səhlənkarlıqda ittiham edilir

saytların hazırlanması

Evə çatdırılma

Zərdabda körpə ölümü: Həkimlər səhlənkarlıqda ittiham edilir

Hadisə

23 Fevral 2026 14:52 358


Zərdab rayonunda yeni doğulmuş körpə Bakıda xəstəxanada ölüb.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, ölüm faktı fevralın 22-də K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda qeydə alınıb.

Zərdab rayon sakini olan Tahir Qasımovun iddiasına görə, yeni doğulan nəvəsinin ölümünə həkim səhlənkarlığı səbəb olub: Dominos pizza

“Uşaqda sarılıq əlamətləri var idi. Zərdab Rayon Mərkəzi Xəstəxanasına apardıq, lakin orada ona səhv diaqnoz qoyuldu. Vəziyyəti ağır olan uşağı Bakıdakı Pediatriya İnstitutuna çatdırdıq, artıq gec idi. Körpə orada həyatını itirdi”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!