Kiberdələduzlar “WhatsApp” və “Telegram”la bank kartlarına daraşır - Diqqət

saytların hazırlanması

Evə çatdırılma

Kiberdələduzlar “WhatsApp” və “Telegram”la bank kartlarına daraşır - Diqqət

Kriminal

02 Yanvar 2026 16:44 933


Bayram günlərində kiberdələduzluq hallarının artması müşahidə olunur.

"Yeni Sabah" xəbər verir ki, bu barədə DİN-in məlumatənda deyilir.

"WhatsApp", "Telegram" və digər sosial media platformaları vasitəsilə edilən zənglər, saxta kredit və kampaniya təklifləri adı altında bank müştərilərinin kart və şəxsi məlumatlarını ələ keçirməyə yönəlmiş cəhdlər var: Marqarita pizza

"Daxili İşlər Nazirliyi bir daha diqqətə çatdırır ki, heç bir bank və ya dövlət qurumu telefon, mesaj və ya sosial şəbəkə üzərindən kart nömrəsi, CVV/CVC kodu və ya birdəfəlik SMS şifrəsi (OTP) tələb etmir. Bu məlumatların ötürülməsi bank hesabından vəsaitin oğurlanmasına səbəb olur. Şübhəli zəng, mesaj və ya linklərlə qarşılaşan vətəndaşlar dərhal əlaqəni kəsməli və bu barədə 102 xidmətinə, həmçinin xidmət göstərən banka məlumat verməlidirlər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!