Kiberdələduzluğun son zamanlar yayılan fərqli növü - Video

saytların hazırlanması

Evə çatdırılma

Kiberdələduzluğun son zamanlar yayılan fərqli növü - Video

Kriminal

26 Fevral 2025 00:58 573


Əvvəlcə vətəndaşlara adi nömrə ilə zəng edirlər sonra video görüntünün açılmasının vacib olduğunu bildirirlər, ardınca da şəxsin üz görüntüsünü əldə edərək, dələduzluq edirlər.

Yenisabah.az Xəzər TV-yə istinadən xəbər verir ki, İnformasiya Texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov bildirib ki, bu üsulla süni intellektdən istifadə edərək şəxsin adından videolar düzəltmək mümkündür və dələduzlar da bunu icra edirlər.

Elvin Abbasov deyir ki, görüntü vasitəsilə şəxslərin adına banklardan kredit götürmək və ya bank kartlarından dələduzluq etmək isə mümkün deyil. Marqarita pizza

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, vətəndaşlara naməlum nömrələrdən gələn zənglərə və mesajlara qarşı diqqətli olmağı, sosial şəbəkələrdə qeyri-etik, müzakirələrə səbəb olacaq münasibətlərdən, tanımadıqları və ya etibar etmədikləri şəxslərlə görüntülü kommunikasiyadan çəkinmək tövsiyə edilir.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!