Kılıçdaroğlu Akşenerin təklifinə “hə” dedi 

saytların hazırlanması

Evə çatdırılma

Kılıçdaroğlu Akşenerin təklifinə “hə” dedi 

Siyasət

06 Mart 2023 17:05 817


Türkiyə müxalifəti vahid namizəd məsələsində anlaşa bilər. 

İYİ Partiyasının sədri Meral Akşenerin “Altılı Masa”nı tərk etməsindən sonra tərəflər arasında yaranmış ziddiyətlər çözülmək üzərədir.

Yenisabah.az “Hürriyet”ə istinadla xəbər verir ki, bu gün Ankara müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) olan bələdiyyə başqanları Mansur Yavaş və Ekrem İmamoğlunun M.Akşeneri ziyarət etməsindən sonra tərəflər arasındakı buzlar əriməyə başlayıb.  pizza sifarişi

Türkiyə mətbuatının yazdığına görə, CHP-dən olan hər 2 bələdiyyə başqanı İYİ Partiya sədrinin təklifini dəyərləndirəcəyini bildirib. 

Qeyd edək ki, M.Akşener İstanbul Bələdiyyə başqanı E.İmamoğlunu və Ankara Bələdiyyə başqanı M.Yavaşı vitse-prezident postunda görmək istədiyini dilə gətirib. O, bu təklifin qəbul ediləcəyi təqdirdə “Altılı Masa”ya dönə biləcəyini istisna etməyib.

Ən son məlumatlara görə, CHP sədri Kamal Kılıçdaroğlu M. Akşenerin təklifini qəbul edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!