Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu Almaniyanın ARD telekanalına müsahibə verib.
Bakupost.az AHaber.com-a istinadən xəbər verir ki, "Millət İttifaqı"nın prezidentliyə namizədi Kamal Kılıçdaroğlu müsahibəsində Türkiyəni və Prezident Ərdoğanı tənqid edib. ARD xəbərlər proqramında Kılıçdaroğlunun müsahibəsi “O, Türkiyənin yeni prezidenti ola bilər” başlığı ilə təqdim olunub.
"Millət İttifaqı"nın prezidentliyə namizədi Türkiyədə demokratiya olmadığını iddia edib. pizza hut
O bildirib ki, Avropa İttifaqının bütün demokratik standartlarını tam şəkildə həyata keçirəcəyik.
Həmçinin Kılıçdaroğlu siyasi məhbusların azadlığa buraxılacağını vurğulayıb. O, Səlahəddin Dəmirtaş və Osman Kavalanı azad edəcəyini bir daha təkrarlayıb.
Almaniya kansleri Olaf Şolza bənzədilməsi ilə bağlı suala isə Kılıçdaroğlu "Bu mənim üçün bir qürurdur" deyə cavab verib.
Telegram kanalımız