Kılıçdaroğlu fövqəladə toplantı çağırdı

saytların hazırlanması

Evə çatdırılma

Kılıçdaroğlu fövqəladə toplantı çağırdı

Dünya

07 May 2019 12:43 1338


Yüksək Seçki Komissiyasının İstanbulda seçkilərin ləğvi qərarından sonra Cümhurriyyət Xalq Partiyası (CHP) fövqəladə iclas keçirib. 

“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, mandatı ləğv edilən Əkrəm İmamoğlunun da qatıldığı toplantıda Kılıçdaroğlu “Hər şey çox gözəl olacaq. Ölkəyə demokratiya gətirəcəyik”- deyə bildirib.

Kılıçdaroğlunun sözlərinə görə, CHP iyunun 23-də keçiriləcək İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə təkrar seçkilərdə öz namizədi ilə iştirak edəcək. O bildirib ki, İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə seçkilərin nəticələri ləğv edildikdən sonra CHP Məclisinin toplantısında bu qərar qəbul olunub. pizza sifarişi

Qeyd edək ki, Türkiyənin Yüksək Seçki Komissiyası İstanbulda bələdiyyə başqanı seçkisinin təkrarlanmasını qərara alıb.  YSK üzvlərinin 7-si qərarın lehinə ,  4-ü əleyhinə verib.

Naibə Məmmədova


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!