Türkiyənin ana müxalifət partiyası olan CHP yenidən qarşıdurma məkanına çevrilib. Bu dəfə partiya sədri Kemal Kılıçdaroğlu ilə CHP-dən olan İstanbul bələdiyyə başqanı Ekrem İmamoğlu üz-üzə gəlib.
Yenisabah.az xəbər verir ki, partiyadaxili qarşıdurmaya səbəb Ekrem İmamoğlunun ötən ay keçirilən prezident seçkilərində məğlub olan Kemal Kılıçdaroğlunu istefaya səsləməsi olub. Bu tələblə çıxış edən CHP üzvlərinin sayının günbəgün artması ana müxalifət partiyasında gərginliyi pik həddə çatdırıb.
Qeyd edək ki, CHP sədrinin partiyadaşlarının "get" çağırışına münasibəti birmənalı deyil. Kemal Kılıçdaroğlu heç olmasa, gələn il keçiriləcək bələdiyyə seçkilərinə kimi postunu qorumaqda israrlı görünür. O, bu arzusunu reallaşdıra bilməyəcəyi təqdirdə yerinə varisini gətirmək istəyir. Toyuqlu pizza
Kılıçdaroğlunun CHP sədrliyinə namizədlər siyahısında İstanbulun bələdiyyə başqanı E.İmamoğlunun adı yoxdur. CHP sədri ötən gün qatıldığı televiziya proqramlarının birində İmamoğluna müraciət edib:
"Sən yerində qal, İstanbul bələdiyyəsi bizim üçün çox önəmlidir".
Ekrem İmamoğlunun isə bu çağırışa isti yanaşmadığı bildirilir. Onun CHP-nin bu ilin noyabrında keçirilməsi nəzərdə tutulan qurultayında sədrliyə namizəd olması gözlənilir.
Əsmətxanım
Telegram kanalımız