Kılıçdaroğlu “istefa verəcəksinizmi?“ sualına belə cavab verdi 

saytların hazırlanması

Evə çatdırılma

Kılıçdaroğlu “istefa verəcəksinizmi?“ sualına belə cavab verdi 

Siyasət

01 İyun 2023 16:11 954


Türkiyədə sonuncu prezident seçkilərində qalib gələ bilməyən "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlunun istefası məsələsi sosial şəbəkələrdə müzakirə olunur. 

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün ona bu barədə sual verilib. 

Jurnalistin "istefa verəcəksinizmi?" sualına partiya sədrinin cavabı belə olub: Marqarita pizza

"CHP çox köklü bir partiyadır. CHP-də hər fikir rahatlıqla dilə gətirilə bilər, müzakirə oluna bilər və bu prosesin sonunda partiyanın səlahiyyətli orqanları qərar verər. İndi biz bu prosesi yaşayırıq. İdarə Heyətində, Partiya Məclisində araşdırma və dəyərləndirmələr aparılır. Prosedurlar başa çatandan sonra yekun nəticə hasil olacaq", - deyə o qeyd edib. 

Xatırladaq ki, Kılıçdaroğlu seçkilərdə 47.82 faiz səs toplayıb./Modern.az  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!