Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlunun səccadənin üzərində durması sosial şəbəkələrin Türkiyə seqmentində etiraza səbəb olub.
Yenisabah.az xəbər verir ki, etdiyi hərəkətin səhvini anlayan K.Kılıçdaroğlu bu barədə “Twitter” hesabında paylaşım edib:
“Bağışlayın, səcdəgahı görə bilmədiyim üçün çox təəssüf edirəm. Dünyada heç kimi, xüsusən də millətimi incitmək istəmərəm. Bundan sui-istifadə edənləri və onların istifadə etdiyi təbliğatı da millətimizin vicdanına buraxıram”. Marqarita pizza
Xatırladaq ki, partiya sədrinin açıqlamasından öncə CHP məsələ ilə bağlı suallara aydınlıq gətirib. Partiyanın bəyanatında qeyd olunub ki, iftar görüşündə K.Kılıçdaroğlu şəkil çəkdirmək istəyənlərin sayı çox olduğuna görə, partiya sədri yerdəki səccadəni görməyib.
Telegram kanalımız