Kılıçdaroğlu seçilsə, Türkiyədə bunlar baş verəcək

saytların hazırlanması

Evə çatdırılma

Kılıçdaroğlu seçilsə, Türkiyədə bunlar baş verəcək

Siyasət

21 Aprel 2023 15:42 1353


Türkiyədə keçiriləcək seçkilərin nəticəsi dünyanın gedişatına təsir edəcək.

Yenisabah.az xəbər verir ki, bunu alman siyasətçi Kristofer Hörstel Türkiyə mediasına açıqlamasında deyib.

“2023-cü ildə bir çox ölkədə seçkilər olacaq. Ancaq Türkiyədəki seçkilərin nəticələri dünya və Avropa üçün çox əhəmiyyətlidir. Ərdoğan çox güclü liderdir. Türkiyə Ərdoğan kimi bir liderə sahib olduğu üçün xoşbəxt olmalıdır. Onun hakimiyyəti dövründə ölkə böyük inkişaf yaşadı. Türkiyənin son 20 ilinə baxdıqda, daha azad, müstəqil, suveren olduğunu və gücləndiyini görürük”, - alman siyasətçi deyib. pizza mizza

Hörstel eyni zamanda vurğulayıb ki, əgər Kılıçdaroğlu seçkidə qalib gələrsə, təhlükəsizliklə bağlı çox böyük problemlər üzə çıxacaq./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!