Kılıçdaroğluna qarşı cəbhə böyüyür: “İstefa ver!”

saytların hazırlanması

Evə çatdırılma

Kılıçdaroğluna qarşı cəbhə böyüyür: “İstefa ver!”

Siyasət

31 May 2023 17:50 1612


“Türkiyədə xüsusilə də son dövrlər seçkilərdə uduzan partiyaların heç də hamısının sədrləri istefa verməyib. Biz belə bir hadisəyə 2002-ci ildə şahid olmuşuq. O zaman Milliyyətçi Hərəkat Partiyası parlamentə düşə bilmədiyi üçün onun sədri Devlet Bahçeli partiya sədrliyindən istefa vermişdi. Amma partiya üzvlərinin israrlı təkidlərindən sonra o, geriyə qayıtdı və yenidən qurultayda partiyanın başqanı seçildi. Ondan sonrakı dövrdə isə belə bir hadisəni xatırlamıram”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib. 

Politoloq Türkiyədə mayın 28-də keçirilən prezident seçkilərinin ikinci turunda müxalif CHP-nin sədri Kemal Kılıçdaroğlunun seçkilərdə məğlub olmasından sonra onun partiya sədri vəzifəsindən gedib-getməyəcəyi ilə bağlı yaranan suallara, Klıçdaroğlunun varisinin kim olacağı ilə əlaqədar səslənən iddialara münasibət bildirib. Toyuqlu pizza

O.Qasımov əlavə edib:

“O ki qaldı Cümhuriyyət Xalq Partiyası və onun lideri Kemal Kılıçdaroğlunun atacağı addımlara, əlbəttə ki, bunu indidən söyləmək çox çətindir. Baxmayaraq ki, Kemal bəy partiyanın lideri olandan sonra iştirak etdiyi seçkilərdə böyük hallarda məğlub olub. Sadəcə bir istisna kimi 2019-cu ilin bələdiyyə seçkilərini götürmək olar. Çünki o vaxtı “Millət İttifaqı”nın 2 üzvü olan CHP və İYİ Partiyanın müdafiə etdiyi namizədlər Türkiyənin 13 böyük şəhərinin 12-də bələdiyyə seçkilərində qalib gəldilər. Bu, bir istisna idi”. 

Onun fikrincə, digər seçkilərdə  CHP hədəflədiyi nəticələri əldə edə bilmədi:

“O zaman da Kemal Kılıçdaroğlu istefa vermədi. Hazırda seçkilərdən 3 gün keçib, amma bununla bağlı konkret hansısa bir fikir səslənməyib. Daha çox isə bilinən odur ki, yaxın zamanlarda partiyanın ali orqanları toplaşaraq, müzakirə aparacaq. Hazırda daha çox üstünlük təşkil edən fikir ondan ibarətdir ki, Kemal Kılıçdaroğlu gələn il keçiriləcək bələdiyyə seçkilərinə hazırlığa qədər partiyanın başında qalmaq haqqında düşünür. Bunlar ehtimallardır, amma partiyanın içində bəzi şəxslər, xüsusilə də Bolu bələdiyyəsinin sədri Tanju Özcan isimli şəxs Kemal Kılıçdaroğluna müraciətlə onun istefa verməsinin vacibliyini qeyd edib”. 

Analitik hesab edir ki, hər halda bununla bağlı qərarı CHP-nin üzvləri və rəhbərliyi verəcək:

“Lakin görünən odur ki, partiyada müəyyən dəyişikliklərə gediləcək. Bu həm partiyanı parlamentdə təmsil edəcək qrup rəhbərlərinə aid olacaq məsələdir, həm də digər istiqamətlərdə müəyyən dəyişikliklər olacaq. CHP-nin sədr seçkiləri ilə bağlı qurultayı da nizamnaməyə uyğun olaraq bu il keçirilməlidir və burada qərarlar qəbul oluna bilər”. 

“Mənə görə, hazırda Türkiyədə 2 şəxsin bu məsələlərə bağlı mövqeyi diqqət çəkir. Birincisi, az öncə dediyim kimi, Bolu bələdiyyəsi rəhbərinin Kılıçdaroğluna ünvanlanan sərt və tənqidi çıxışı, ikincisi isə İstanbul Böyük Şəhər Bələdiyyəsinin başqanı Ekrem İmamoğlunun 29 mayda - İstanbul fəth olunduğu gün etdiyi çıxışda müəyyən notlar sezilməkdədir. Əslində, orada bir növ mesaj verilərək, bundan sonra bu kimi uğursuzluqlar seriyasının dayandırılması üçün hər cür fədakarlığa hazır olunması qeyd olunub”. – deyə o, söyləyib.

“Bu baxımdan, 2019-cu ildən bəri CHP-də həm prezidentliyə, həm də sədrliyə ən uyğun namizəd kimi səslənən şəxslər sırasında Ekrem İmmamoğlunun adı keçir. Çünki həm xarizma, həm İstanbul seçkilərində əldə etdiyi uğur baxımından, həm də kütlələrlə ünsiyyət qurmaq bacarığı və digər keyfiyyətlərə görə hazırda onun adı bu məsələdə daha çox hallanır desək, məncə yanılmarıq”, - müsahibimiz yekunlaşdırıb.

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!