“Kim dedi ki, Qarabağ məsələsi Ermənistanın gündəmindən çıxıb?”  

saytların hazırlanması

Evə çatdırılma

“Kim dedi ki, Qarabağ məsələsi Ermənistanın gündəmindən çıxıb?”  

Siyasət

20 Dekabr 2023 15:17 562


“Qarabağ məsələsinə hələ dəfələrlə toxunacağıq”. 

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasından olan deputat, parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini Armen Xaçatryan deyib. 

“Qarabağ məsələsi demək olar ki, bütün hökumət iclaslarında müzakirə olunur. Qarabağ məsələsinin bağlandığını deyirsiz, sonra da bildirirsiz ki, baş nazir bunu niyə müzakirə edir? İndi belə çıxır ki, baş naziri bunu müzakirə etməkdə günahlandırırsınız?”, - deyə Xaçatryan bildirib.  Dominos pizza

Erməni deputat Qarabağ məsələsinin hökumətin gündəmindən çıxdığı barədə suallara da cavab verib: “Bunu kim deyib? Qarabağ ermənilərinin problemləri mövcuddur və həm Ermənistanda, həm də beynəlxalq qurumlarda onların bütün hüquqlarının müdafiəsi üçün çoxlu tədbirlər görüləcək”,-deyə o qeyd edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!