Kim özündən 13 yaş kiçik sevgilisindən ayrıldı

saytların hazırlanması

Evə çatdırılma

Kim özündən 13 yaş kiçik sevgilisindən ayrıldı

Şou

07 Avqust 2022 10:49 954


Televiziya ulduzu Kim Kardaşyan və komediya ustası Pit Devidsonun ayrılmasının səbəbləri məlum olub.

Yenisabah.az “PageSix”ə istinadla xəbər verir ki, cütlük maraqların toqquşmasına səbəb olan yaş fərqinə görə münasibətə son qoyub: Devidson işgüzar səfərlərdə olarkən tez-tez sevgilisinin yanına gəlməsini tələb edib, Kardaşyan isə bütün diqqətini uşaq böyütməyə yönəldib.

“Petin 28, Kimin isə 41 yaşı var. Sadəcə, onlar hazırda tamamilə fərqli yerlərdədirlər. Pit tamamilə kortəbii və impulsivdir, Kimin dərhal və ya harada olursa-olsun Nyu-Yorka uçmasını istəyir. Amma Kimin dörd övladı var və bu o qədər də asan deyil. O, diqqətini uşaqlara yönəltməlidir", - deyə mənbə vurğulayıb. pizza sifarişi

O əlavə edib ki, indi teleulduz ötən ilin noyabrından bəri olduğu komediya aktyoru ilə münasibətindən, həmçinin keçmiş əri, reper Kanye Uestlə uşaq böyütmək üstündə yaranan münaqişələrdən çox yorulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!