“Kimə pislik etmişəm?“ - Gecə klubunda yaralanmış bloger

“Kimə pislik etmişəm?“ - Gecə klubunda yaralanmış bloger

Xalqın səsi Saytların hazırlanması

08 Aprel 2022 10:46 729


“Əylənmişəm, demişəm, gülmüşəm... Kimə pislik etmişəm?"

Yenisabah.az xəbər verir ki, bu sözləri bir neçə gün öncə "Location" gecə klubundakı partlayışda yaralanan bloger Təranə Rzayeva bildirib.

“Merlin” ləqəbilə tanınan bloger sosial şəbəkə hesabında bu barədə paylaşım edərək ona təhqir dolu şərh yazanların bunu saxta profillərdən etdiyini qeyd edib:

“Bütün şəkillərimizin paylaşıldığı yerlərdə özlərinə yüzə yaxın saxta səhifələr açanlar şərh yazırlar. Onlar sırf şərh yazmaq üçün yaradılan saxta səhifələrdir. Ağızlarına gələn murdar ifadələr işlədirlər, öz ardlarıyca iyrənc kütlə yığırlar. Yəni əslində bunu yazan iki-üç adamdır.

Mənə yüzlərlə xanımlardan və bəylərdən dəstək mesajı gəlir. Əylənmişəm, demişəm, gülmüşəm... Kimə pislik etmişəm? Nəyisə edəndə kimdənsə icazə almayacağam ki. Yanan da mən oldum, sizlər deyil, kəfəni cıran da... Hər kəs deyir, anam namaz üstə olub. Mən deyirəm, qızım namaz üstə olub. Çünki orucluq girən günü ilk dəfə namaz qılmağa başlayıb, ilk orucunu tutub. O saatda klubda belə olmasaydım da, sahur üçün başqa restoranda olacaqdım. Hər orucluqda olduğu kimi. İçki də içməmişəm. Məni tanıyan bilir ki, içkiyə meyilli deyiləm, xoşlamıram".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!