Xəbər verdiyimiz kimi millət vəkili Razi Nurullayevin sosial şəbəkədəki son paylaşımı qalmaqala səbəb olub. Deputatın onu tənqid edənləri ictimai formada təhqir etməsi etirazla qarşılanıb.
Sosial şəbəkə istifadəçiləri deputatı bu davranışına görə cəzalandırılmasını tələb ediblər. Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən Milli Məclisin İntizam Komitəsinin sədri Eldar İbrahimov Razi Nurullayevin yazdığı yazıya görə cəzalanma ehtimalı olmadığını bildirib:
“İntizam komissiyası yalnız parlament daxili məsələlərə baxır. Kimsə gedib çöldə kimisə söyüb təhqir edirsə, kimsə kiminsə arxasınca danışırsa özü bilər, onun bizə dəxli yoxdur. Yalnız iclası pozduğu, iclasda hər hansı qanun pozuntusuna yol verdiyi halda komitə onun işinə baxa bilər. Hazırkı durumda Razi Nurullayevin yazdığı status onun öz işidir, biz heç nə edə bilmərik”. pizza
Xatırladaq ki, R. Nurullayev feysbukda yazıb: “Mənim adımdan yalan məlumat yayanlar, istər adi insan, istər fəal, istər əldəqayırma media orqanı, kim olursa-olsun ata-anasını tanımayanlardır. Söyüş və təhqir yazanlar da eyni. Bu cür adamlar gəlsin, DNK analizlərini ödəyim, gedib ata-anasını tapsınlar”.
Telegram kanalımız