YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
“Kimsə başına-gözünə döyürsə, saçını yolursa, deməli, marağı var”

“Kimsə başına-gözünə döyürsə, saçını yolursa, deməli, marağı var”

Yazar

19 Sentyabr 2022 13:29 3199


Bir müddət əvvəl sosial şəbəkələrdə üzr videolarının yayılması ənənə halını almışdı.

Yolda sürət həddini aşan sürücülər, karantin rejimini pozan şəxslər videokameranın qarşısında öz əməlindən peşman olduğunu deyərək xalqdan üzr istəyidilər. 

Bir neçə gün əvvəl Ermənistanın təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov qardaşından “komando”ya qəbul edilmək üçün 6 min manat rüşvət tələb olunduğunu iddia etməsi, daha sonra məsələni yanlış anladığını deyərək üzr istəməsi geniş müzarirələrə səbəb oldu.

Bəziləri bu tip üzr videolarının çəkilməsini sərt tənqid etsə də, digər qisim bu videoların tərbiyəvi əhəmiyyət daşıdığını iddia edir.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış yazıçı Seyran Səxavət bildirib ki, heç bir halda üzr videolarını dəstəkləmir:

“Şəhid qardaşının üzr videosunu ötəri gördüm, amma sırf bu barədə danışmayacağam. Ümumi üzr videolarından danışsaq, deyə bilərəm ki, üzr videolarının ictimai qınağa səbəb olacağı fikrində olanlar yanılırlar. Üzr videolarının heç birinə ehtiyac yoxdur. Əvvəla, Azərbaycanda ictimai qınaq deyilən şey heç vaxt olmayıb. Olubsa da, bizə elə gəlib ki, bu ictimai qınaqdır. Belə mövzularda hərə öz marağını müdafiə edib. Şəxsi maraq olan yerdə də heç bir ictimai qınaqdan söhbət gedə bilməz. Gərək ictimai olsun ki, qınaq da olsun. Mən 77 ildir ki, Azərbaycanda yaşayıram, bu günə kimi ictimai qınaq görməmişəm. heç bundan sonra da yəqin ki, olası deyil. Kimsə nəsə deyirsə, hansısa mövzuda başına-gözünə döyürsə, saçını yolursa, deməli, orada nə isə marağı var. 3-5 nəfər ola bilər ki, hansısa mövzuda etiraz etsin, yaxud kimisə qınasın, amma 3-5 nəfər ictimaiyyət deyil. Sosial şəbəkələrdə hansısa mövzunu kütləvi paylaşmaqla nəyinsə həll olunduğunun bu günə kimi şahidi olmamışam. Kimsə şahid olubsa, desin, bilək”.

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!