“Kinomuz xalqdan uzaq düşdü” - Daha bir narazılıq

saytların hazırlanması

Evə çatdırılma

“Kinomuz xalqdan uzaq düşdü” - Daha bir narazılıq

Mədəniyyət

14 Noyabr 2025 10:23 585


“İllər boyu filmlərə dövlət pul ayırdı... Amma ortaya nə çıxdı? Milyonlarla manat büdcə vəsaiti “kino inkişafı” adı ilə xərcləndi, amma nə tamaşaçı qaldı, nə də yadda qalan filmlər”.

"Yeni Sabah" xəbər verir ki, bu sözləri aktyor Kamran Ağabalayev "Facebook"da  yazıb.

O, narazı sənət adamlarına qoşularaq qeyd edib:  Pepperoni pizza

“Kinomuz sanki xalqdan uzaq düşdü — ekranda nə özümüzü, nə də həyatımızı görürük. Əgər illərlə ayrılan bu qədər puldan sonra nəticə yoxdursa, indi dövlət niyə yenə kinoya pul ayırsın? Əgər sistem eyni qalacaqsa, nəticə də dəyişməyəcək. Kino sadəcə maliyyə layihəsi deyil, bir millətin mədəni güzgüsüdür. Pul rejissorun azad düşüncəsinə, gənc yaradıcı insanların səsinə, ssenarilərə getməlidir, yoxsa kabinetlərdə “hesabat filmlərinə” çevriləcək. Əsl kino azadlıqla yaranır. Dürüst, cəsarətli və xalqla danışan kino olmasa — nə qədər pul xərcləsək də, boşdur. Vallah ayrılmasın,ayrılmasın bilək ayrılmadı və heç kim yeməyəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!