Kinomuzun tanınmış siması dəlixanaya yerləşdirildi -   Foto

saytların hazırlanması

Evə çatdırılma

Kinomuzun tanınmış siması dəlixanaya yerləşdirildi - Foto

Mədəniyyət

28 Noyabr 2019 18:15 2503


Azərbaycanın kino xadimi, əməkdar mədəniyyət işçisi Miroslava İsgəndərova Belarusda dəlixanaya yerləşdirilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramında məlumat verilib.

Belə ki, 40 il Azərbaycan kinosuna xidmət etmiş, "Azərbaycanfilm" kinostudiyasında və "Kino Fondu"nda yüksək vəzifələrdə çalışmış Miroslava İsgəndərova təqaüdə çıxdıqdan sonra qızı ilə birlikdə Belarusun Viteks şəhərinə köçüb. Daha sonra qızı həbs olunub. Kürəkəni isə ölkəni tərk edib. Bütün bu hadisələrdən sonra M.İsgəndərova psixoloji sarsıntı keçirib. O, Viteksdəki qonşuları tərəfindən ruhi və əsəb dispanserinə yerləşdirilib. Toyuqlu pizza

Miroslava xanımın oğlu Eldar anasının başına gələnlərdən bir neçə gün əvvəl proqram vasitəsilə öyrəndiyini bildirib. O, anasının Bakıya gətirilməsi üçün hazırlıq gördüyünü bildirib.

Qeyd edək ki, Əməkdar mədəniyyət işçisi Miroslava İsgəndərova 2017 və 2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan kinosunda göstərdiyi xidmətlərə görə pul mükafatına layiq görülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!