Kirayə mənzillər bahalaşdı - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Kirayə mənzillər bahalaşdı - Açıqlama

Sosial

23 Aprel 2019 20:14 1068


“Kirayə mənzil bazarında qiymətlərdə bahalaşma var. Bizdə I rüb  və mart ayının yükununa dair qiymətlərdir. Hələ aprel ayı davam edir. Bitəndən sonra biz qiymətləri təhlil edirik”. 

Bu sözləri “Yeni Sabah”a  kirayə mənzil bazarındakı qiymətlərlə bağlı danışan əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib. O, aprel ayında da qiymətlərin yüksək olacağını vurğulayıb:

“Təxminən 1%-dən artıq bahalaşma müşahidə edilir. Qabaqdan tədbirlər gəlir. Formula 1 yarışları ilə bağlı bu ay da yəqin ki, qiymətlərdə artım olacaq. Nə qədər artacağı  bilinmir. Hələ ki, əlimizdə rəqəmlər yoxdur.Tələbələrin may ayında getməsilə əlaqədar isə ucuzlaşma qaçılmaz olur. Bahalaşma adətən avqustun axırları başlayır”.  pizza mizza

Ekspert  ərazilərə görə qiymət dəyişikliyindən də danışıb:

“Mərkəz və mərkəzətrafı ərazilərdə mənzillər bahadır. Bakı şəhəri üzrə  1 kvadratmetr  8 - 8, 20 manatdırsa, mərkəzdə qiymətlər 15-16, mərkəzə yaxın isə 10-12 manat arasında dəyişir. Uzaqlaşdıqca təbii ki,  qiymətlər azalır”.

Əsmər Qabil

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!