İran hakimiyyəti Kirman şəhərində törədilən terror aktının qurbanları ilə bağlı məlumatları yeniləyib.
Yenisabah.az xəbər verir ki, Kirmanda törədilən terror aktında 84 nəfər həlak olub.
Bu məlumatı İranın daxili işlər naziri Əhməd Vahidi açıqlayıb. Pepperoni pizza
O bildirib ki, 284 nəfər xəsarət alıb, onlardan 220 nəfəri xəstəxanaya yerləşdirilib. Bəzi xəstələrin vəziyyəti ağırdır.
İlkin olaraq səlahiyyətlilər 103 nəfərin öldüyünü və 211 nəfərin yaralandığını bildirilmişdi.
Telegram kanalımız