“Kişi sözünün ağası olar...” – Qarşıdurma pik həddə

saytların hazırlanması

Evə çatdırılma

“Kişi sözünün ağası olar...” – Qarşıdurma pik həddə

Siyasət

10 Mart 2019 18:18 2274


Vəkillər Kollegiyasının sədri Anar Bağırov rəhbərlik etdiyi qurumun ətrafında son günlər baş verən qalmaqallara reaksiya verib.

“Yeni Sabah” xəbər verir ki, A. Bağırov son 20 gün ərzində VK-na qarşı həmişə qərəzli olan şəxslər (keçmiş vəkillər, hakimiyyətlə əbədi problemləri olan başqa şəxslər) tərəfindən yalan, absurd, özlərinin uydurduqları saxta şaiyə şəklində məlumatlar paylaşılır: “Bu məlumatlarla bağlı RH dərhal bəyanat yayıb, onları yayan şəxslərdən təkzib vermələrini tələb edib. Lakin bu şəxslər təkzib vermək əvəzinə yalan və böhtan xarakterli məlumatları yaymaqda davam edirlər. Əvvəl yaydıqları guya VK-nın hazırkı binasının RH rəhbərliyinə məxsusluğu haqda, keçmiş rəhbərlikdən 1 milyon pulun qalması və mənimsənilməsi, israf olunması, 12 saylı VB-nun RH-nin hesabına təmiri haqda yalanlara əlavə olaraq 12 saylı VB-nun binasının əvvəllər VK-na məxsus olması sonradan isə dövlət mülkiyyətinə keçməsi barədə də yeni yalan xəbərlər paylaşırlar”.

A.Bağırov deyib ki, bizim heç kəsdən heç bir sirimiz yoxdur, ola da bilməz: “Vəkillərimiz bilir ki, istənilən suala VKRH-da dərhal yerindəcə cavab verilir, mövzunu sosial şəbəkədə şouya çevirmək isə böhtançıların arzusu və məqsədidir. Pepperoni pizza

Bu adamların məqsədləri bizə tam aydındır: 

1. Apardığımız işlərə cəmiyyətdə kölgə salmaq;

2. RH ləkələmək, cinayətdə ittiham etmək, nüfuzdan salmaq;

3. Özlərini “mübariz” şəxs kimi sırımaq;

4. Vəkillikdə konflikt yaratmaq və s.”.

VK sədri bildirib ki, onların əlbir olduqları adamların şəxsiyyətləri onu deməyə əsas verir ki, bu plan xüsusi olaraq cızılıb, əvvəlcədən senari hazlrlanıb, bizim uğurlu fəaliyyəyimizi durdurmaq əsas hədəflərindəndir: “Ancaq bunlar bir şeyi bilməlidirlər: Vəkillər Kollegiyası öz yolundan dönməyəcək, işimizi daha da gücləndirəcəyik, inkişafımız davam edəcək, hər böhtana görə də onu yayan şəxs qanun qarşısında cavab verəcək!

Bu sizə məşhur idman brendi olan Adidasın adının saxtalaşdırılması deyil ki, illərlə məsuliyyətsiz qalsın. Böhtançılar isə indi qoy hər böhtanı sübüt etsinlər, demirlər sənədləri var, qoy çıxarışları qoysunlar ortalığa, bu isə mümkün deyil, ola da bilməz.

Kişi sözünün ağası olar, sözünün ağası olmayan necə düşünürsünüz necə adlanır?”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!