Kişilərin beyni daha tez qocalır

saytların hazırlanması

Evə çatdırılma

Kişilərin beyni daha tez qocalır

Sağlamlıq

03 Yanvar 2026 21:30 877


Norveçin Oslo Universitetinin alimləri kişilərin beyninin qadınlara nisbətən daha tez qocaldığını müəyyən ediblər.

Araşdırma çərçivəsində 4700-dən çox insanın MRT nəticələri təhlil olunub.

Məlum olub ki, kişilərdə beynin ümumi həcmi daha sürətlə azalır. Həmçinin yaddaş, hərəkət və hissiyyatla bağlı sahələrdə degenerasiya prosesi daha aktiv gedir. Bəzi beyin bölgələrində dəyişikliklərin sürəti qadınlarla müqayisədə demək olar ki, iki dəfə yüksəkdir. pizza mizza

Bununla yanaşı, Altsheymer xəstəliyinə daha çox qadınlarda rast gəlinir. Tədqiqatçılar hesab edirlər ki, bu fərqin əsas səbəbi beynin qocalma sürətindən çox, hormonal amillərlə bağlıdır. (Axşam.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!