“Kitab mağazasına girdim, ürkdüm…”

“Kitab mağazasına girdim, ürkdüm…”

Yazar Veb saytların hazırlanması

19 İyul 2019 12:59 1765


“Libraff kitab mağazasına baş çəkdim. Ürkdüm bir az. Türkcə kitablar rəfinin xeyli hissəsini Mümin Sekman kimi hoqqabaz ümid tacirlərinin şəxsi inkişaf kitablarının tutduğunu gördüyüm üçün ürkdüm”.

“Yeni Sabah” xəbər verir ki, bunu jurnalist Rizvan Qəmbərli sosial şəbəkədə yazıb. O, bildirib ki, bu kitabların ortaq dəst-xətti “pozitiv düşün, intizamlı çalış, hədəfinə fokuslan və məqsədinə çat” kimi hamının bildiyi əzbər düsturları bəzəkli şüarlarla ifadə etməkdir. 

“Həyatda uduzanların və ya uduzduğunu düşünənlərin hisslərini istismar etməkdən başqa heç nəyə yaramayan, elmilikdən uzaq kitablar.

Pozitiv düşüncə sizi Bill Gates, Mark Zuckerberg, Jack Ma, Rockfeller, Trump eləməz. Yaşadığımız sistem çalışan, vuruşan, pozitif düşünən, əzmkar, nə istədiyini və necə əldə edəcəyini bilən hər kəsin arzusuna çatdığı sistem deyil. 

Olsaydı, sistem işləməzdi. Hamı CEO olsa, kim işləyəcək? Hamı prezident olsa, kim idarə ediləcək? “Hamıya uyan” uğur düsturu heç vaxt olmadı, yoxdur, olmayacaq da. Ayrıca, şəxsi inkişaf modellərinin uğurlu olduğunu göstərən bir araşdırmaya da hələ rastlamamışam. Varsa da, başdan deyim, şübhəylə yanaşaram.

Tarixi faktlara əsasən Hitler Almaniyasının əsir düşərgələrində ölümlər Krismas zamanı artırmış. Həmin düşərgədən sağ çıxa bilən Viktor Emil Frankl bir kitabında bu ölümlərin əsassız pozitiv düşüncədən baş verdiyini yazır. Belə ki, noyabr ayından başlayaraq məhkumların çoxu Krismasda müharibənin bitəcəyini, hamının evinə, ailəsinə qovuşacağını düşünməyə başlayırmış. Heç bir əsası olmayan bu nikbinlik məhkumların həm sosial həm də bioloji müqavimətini qırır, mübarizədən soyudurmuş. Krismasda müharibə bitmədiyi üçün də ölümlər başlayırmış. Sağ qalanlar əsir düşərgəsinin reallığını dərk edib mübarizəsini buna görə quranlar olur.

Dünya düşüncələr tarixi, siyasi ideologiyalar, iqtisadiyyat, marksizm, liberalizm, dinlər tarixi, sosiologiya və s. mövzularında dəyərli nəşrlər var. Reallığı ortaya qoyan kitablar oxuyun, gənclər. Reallığı qəbul edin və onunla mübarizə aparın”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!