KİV: “Almaniya Ukraynaya tank tədarükünün qarşısını alır”

saytların hazırlanması

Evə çatdırılma

KİV: “Almaniya Ukraynaya tank tədarükünün qarşısını alır”

Dünya

23 May 2022 17:39 793


Almaniya Müdafiə Nazirliyində Ukraynaya təhvil verilə biləcək 32 “Marder” tankı mövcuddur, lakin Almaniya hökuməti bunu təkzib edir. 

“Report” xəbər verir ki, bu barədə ölkənin “Bild” qəzeti yazıb.

Məlumata görə, “Rheinmetall” müdafiə konserni Ukraynaya 100-ə yaxın tank verməyə hazır olardı, lakin ölkə rəhbərliyi bu tədarüklərə də mane olur. pizza mizza

Müdafiə Nazirliyinin daxili məktublaşmasında bildirilib ki, konsernin sərəncamında olan “Marder”lər altı həftə ərzində hazır vəziyyətə gətirilə bilər. Bu, o deməkdir ki, Almaniya hakimiyyəti “Rheinmetall” konserni ilə Ukrayna hökuməti arasında martda müzakirə edilən razılaşmanı təsdiqləsəydi, yayda ilk tanklar cəbhəyə gedə bilərdi.

Aprelin 22-dən etibarən “Rheinmetall”dan müraciəti Federal Təhlükəsizlik Şurasında qalır. Amma indiyədək müdafiə konserni zirehli transportyorların Ukraynaya ixracına icazə almayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!