KİV: İsrail Livanı vursa, İran danışıqları dayandıracaq

saytların hazırlanması

Evə çatdırılma

KİV: İsrail Livanı vursa, İran danışıqları dayandıracaq

Siyasət

10 Aprel 2026 21:13 558


İsrailin Livana davam edən zərbələri səbəbindən İran ABŞ ilə İslamabadda keçiriləcək danışıqları bir neçə dəfə təxirə salıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Press TV mənbəyə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, İran nümayəndə heyətinin Pakistana səfəri Livana davam edən zərbələrə görə bir neçə dəfə təxirə salınıb. Tehran Vaşinqtonu xəbərdar edib ki, İsrailin hücumlarının davam etməsi danışıqları poza bilər və ABŞ-nin təkidi ilə İsrail Beyruta zərbələri dayandırmağa məcbur olub. pizza

Telekanal, həmçinin bildirib ki, İsrail Livanı yenidən bombardman edərsə, İran ABŞ ilə Pakistanda keçirilən danışıqları tamamilə dayandırılacaq./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!