KİV: “Paşinyan təhlükəsizliyindən narahatdır“ 

saytların hazırlanması

Evə çatdırılma

KİV: “Paşinyan təhlükəsizliyindən narahatdır“ 

Rəsmi

19 Aprel 2023 12:03 868


“Ermənistanın baş naziri Nikol Paşinyan təhlükəsizliyindən narahatdır”. 

“Report” xəbər verir ki, bunu Ermənistanın “Joqovurd” qəzeti yazıb.

Bildirilib ki, hökumət başçısı artıq narahatlığını gizlədə bilmir: “Paşinyan açıq-aydın nədənsə qorxur. Amma bunun dəqiq nə olduğunu yalnız özü bilir”. pizza hut

Vurğulanıb ki, bunu baş nazirin dünən parlamentin iclasına çoxlu sayda mühafizəçi və polis əməkdaşlarının müşayiəti ilə gəlməsi sübut edir: “Bu, ölkə tarixində ilk dəfədir ki, baş verir. Onun mühafizəçiləri deputatları izləyirdilər. Zalın bütün girişlərində Ermənistan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə yanaşı, mülki geyimli silahlı mühafizəçilər də olub”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!