Kiviryan: Azərbaycan qoşunlarını anklavlara yerləşdirə bilər

saytların hazırlanması

Evə çatdırılma

Kiviryan: Azərbaycan qoşunlarını anklavlara yerləşdirə bilər

Maraqlı

19 Oktyabr 2023 16:16 681


Azərbaycan ilk zərbəni məhz anklavlar istiqamətində vura bilər. 

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli politoloq Argişti Kiviryan iddia edib.

“Təsadüfi deyil ki, yaxın vaxtlarda Türkiyə ilə təlimlər məhz bu ssenari üzrə keçiriləcək. Paşinyanın Qranadada Azərbaycanın ərazi bütövlüyünü növbəti dəfə tanımasından heç kim Bakının bu cür hərəkətlərinə ciddi reaksiya verməyəcək. Uzağı Azərbaycan bütün ölkələr tərəfindən sadəcə qınanılacaq”, - deyə o bildirib. pizza mizza

Kiviryan 2018-ci ildə Paşinyanın Qarabağdakı separatçı rejimi demokratiya yolu ilə xilas edəcəyini söylədiyini, lakin bu gün həmin rejimin artıq mövud olmadığını xatırladıb.

“Əgər o, indi Ermənistanı da demokratiyanın xilas edəcəyini bəyan edirsə, bu o deməkdir ki, Ermənistanın başı üzərinə qara buludlar yığılıb. Onun aydın siyasi xətti yoxdur. Dünyada heç kim onu ciddi qəbul etmir. Sirkdəki təlxəkləri alqışlayırlar, lakin bu, onların sözlərinə ciddi yanaşılması demək deyil”, - deyə erməni ekspert əlavə edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!