Kiyevdə dəhşət: Moskva doğumlu şəxs küçəni qana buladı

saytların hazırlanması

Evə çatdırılma

Kiyevdə dəhşət: Moskva doğumlu şəxs küçəni qana buladı

Hadisə

18 Aprel 2026 20:25 2023


Ukraynanın paytaxtı Kiyevdə silahlı hücum nəticəsində çoxsaylı itkilər qeydə alınıb.

“Yeni Sabah” xəbər verir ki, hadisə ilə bağlı məlumatı Reuters və digər beynəlxalq media qurumları yayıb.

Məlumata görə, insident Kiyevin Holosiivski rayonunda baş verib. Silahlı şəxs əvvəlcə küçədə insanlara atəş açıb. Nəticədə azı 5 nəfər həyatını itirib, 10-dan çox insan yaralanıb. Dördpendirli pizza

Hadisədən sonra hücum edən şəxs yaxınlıqdakı supermarketə daxil olaraq bir neçə nəfəri girov götürüb. Əraziyə cəlb olunan xüsusi təyinatlı polis qüvvələri dərhal əməliyyata başlayıb.

Qeyd olunur ki, hüquq-mühafizə orqanları ilə hücumçu arasında təxminən 40 dəqiqə davam edən danışıqlardan sonra xüsusi əməliyyat keçirilib və silahlı şəxs zərərsizləşdirilib.

İlkin məlumatlara əsasən, hücumu törədən şəxs Moskva doğumlu olub və Ukrayna vətəndaşı kimi qeydiyyatda olub.

Hadisənin motivi hələlik açıqlanmayıb. Faktla bağlı araşdırmalar davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!