“Kiyevdə “İki xalqın dostluğu” abidəsi söküləcək“ - Kliçko

saytların hazırlanması

Evə çatdırılma

“Kiyevdə “İki xalqın dostluğu” abidəsi söküləcək“ - Kliçko

Dünya

25 Aprel 2022 16:49 451


"Dostlar! Bu həftə 1982-ci ildə "Ukraynanın Rusiyaya yenidən birləşməsini qeyd etmək üçün" ucaldılmış iki bürünc heykəli sökürük".

Yenisabah.az xəbər verir ki, bunu öz "Facebook" hesabında Kiyevin meri Vitali Kliçko yazıb.

O əlavə edib: "Rusiya Ukraynaya münasibətini dinc ukraynalıların vəhşicəsinə qətlə yetirilməsi, şəhər və qəsəbələrimizin dağıdılması, dövlətçiliyimizi məhv etmək istəyi ilə “rəsmiləşdirib”. pizza

Kiyevin mərkəzindəki “İki xalqın dostluğu” adlandırılan 8 metrlik metal söküləcək.
Qırmızı qranitdən hazırlanmış ikinci heykəltəraşlıq kompozisiyasının üstü əvvəlcə örtüləcək, daha sonra söküləcək. Çünki bu, mürəkkəb prosedurdur və daha çox vaxt aparır. Sökülməzdən əvvəl o, sərgi üçün məkan kimi istifadə edilə bilər.

Titan lövhələrdən olan tağ isə - köhnə simvollar yeni məna kəsb edəcək! Biz onu Ukrayna bayrağının rəngləri ilə boyayacağıq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!