Klaar: “Azərbaycan Prezidenti Aİ-nin nizamlanma formatına sadiqdir”

saytların hazırlanması

Evə çatdırılma

Klaar: “Azərbaycan Prezidenti Aİ-nin nizamlanma formatına sadiqdir”

Siyasət

28 Noyabr 2022 13:25 626


"Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan münasibətlərinin Aİ tərəfindən dəstəklənən nizamlanma formatına sadiqliyini ifadə edib".

Yenisabah.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycana səfərinin yekunlarına dair tviter səhifəsində yazıb.

"Ötən həftənin sonunda Azərbaycana baş tutmuş səfərin yekunlarına dair fikirlərim: Birincisi, Azərbaycan Prezidentinin Aİ-nin dəstəklədiyi formata sadiqliyi vacib əhəmiyyət kəsb edir. İkincisi, həll olunmamış məsələlər qalmaqdadır, gərginliyi azaltmaq və hərtərəfli nizamlanmaya nail olmaq üçün Azərbaycan və Ermənistan tərəfindən təmkin və güclü siyasi iradə tələb olunur”, - deyə paylaşımda vurğulanır. Dördpendirli pizza

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Görüşdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması, iki ölkə arasında sülh müqaviləsi ilə bağlı danışıqlar prosesi, sərhədlərin delimitasiyası üzrə Brüsseldə keçirilmiş görüşün nəticələri barədə fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!