Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar yenidən regiona səfər edəcək.
Yenisabah.az xəbər verir ki, o, müntəzəm səfəri barədə özünün “Twitter” mikrobloqunda məlumat verib. Klaar bu dəfə səfərinə İrəvandan başlayacaq.
“Mən Münhen görüşlərinin nəticələrinə əsasən, bir sıra məsləhətləşmələr aparmaq niyyətindəyəm”, - o, yazıb. Toyuqlu pizza
Qeyd edək ki, Toivo Klaar sonuncu dəfə yanvarın 23-də Ermənistana səfər edib. Onun yüksək vəzifəli şəxslərlə görüşləri, müzakirələri olub.
Xatırladaq ki, fevralın 18-də Münhen Təhlükəsizlik Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş keçirilib.
Telegram kanalımız