Türkiyə teatrlarında Azərbaycan klassik dramaturqlarının əsərləri səhnəyə qoyulacaq.
"Yeni Sabah" xəbər verir ki, bununla bağlı razılaşma Azərbaycanın Türkiyədəki səfirliyinə bağlı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasovun Teatrlar Baş İdarəsinin rəhbəri Tamer Karadağlı ilə keçirdiyi görüşdə əldə edilib.
Görüş zamanı Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Türkiyə türkcəsinə tərcümə edilən “Əbdürrəhim bəy Haqverdiyevin teatr əsərləri”, “Cəfər Cabbarlının teatr əsərləri” və Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” adlı pyesi Türkiyə teatrlarının ədəbiyyat qurumuna təqdim edilib. pizza hut
Tərəflər iki ölkə arasında mədəni əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində işlərin davam etdiriləcəyini vurğulayıblar.
Görüş zamanı iki ölkənin teatrları arasında əməkdaşlıq, ortaq dəyərlərin təbliği və bu istiqamətdə həyata keçiriləcək layihələr müzakirə olunub.
Telegram kanalımız