“Real”ın yarımmüdafiəçisi Qaret Beylin agenti Conatan Barnet futbolçu haqqında açıqlama verib.
“Yeni Sabah” xəbər verir ki, mütəxəssis forvardın “kral klubu”unda qazandığı uğurlara baxmayaraq, layiq olduğu dəyəri görmədiyini bildirib.
“O, 6 ildir ki, “Real”da oynayır. Bu müddətdə klubu üçün əlindən gələni etməyə çalışıb və dünyanın ən yaxşı futbolçularından biridir. Axı, bunları nə tez unutdunuz? Klub azarkeşləri onun ayağını öpməlidir. O, burada qalmaq istəyir, ispan dilini yaxşı bilir. Klubdan ayrılmaq istəyi də yoxdur”. Dominos pizza
Naibə Məmmədova
Telegram kanalımız