Klub prezidenti yol qəzasına düşdü -   Vəziyyəti necədir?

saytların hazırlanması

Evə çatdırılma

Klub prezidenti yol qəzasına düşdü - Vəziyyəti necədir?

İdman

31 Mart 2026 17:59 481


“Fənərbaxça” futbol klubunun prezidenti Sadettin Saran yol qəzasına düşüb.

“Yeni Sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İstanbulun Ataşəhir rayonunda qeydə alınıb.

S.Saranın vəziyyətinin yaxşı olduğu bildirilib. Sürücü yüngül xəsarət alıb. Pepperoni pizza

“Fənərbaxça” klubunun rəsmi açıqlamasında qeyd edib ki, S.Saran bu gün kluba gedərkən qəza baş verib. Qəza iştirakçılarının prezidentin, sürücünün və digər sərnişinlərin ümumi vəziyyətinin yaxşı olduğu və xəsarət almadığı təsdiqlənib:  “Sadettin Saran hazırda klubdadır və planlaşdırılmış proqramını davam etdirir”.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!