Kobaxidze ilk rəsmi səfərinə çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Kobaxidze ilk rəsmi səfərinə çıxdı

Dünya

19 Fevral 2024 14:41 652


Gürcüstanın baş naziri İrakli Kobaxidze ilk səfərini Brüsselə edib.

Yenisabah.az xəbər verir ki, səfər çərçivəsində onun Avropa İttifaqı və NATO-da ikitərəfli görüşləri planlaşdırılır.

İrakli Kobaxidze Gürcüstan-Avropa İttifaqı Assosiasiya Şurasının 8-ci iclasında iştirak edəcək, ardınca Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell və Avropa Siyasəti Məhəllələri və Genişlənmələr üzrə komissarı Oliver Varhelyi ilə mətbuat konfransı keçirəcək. Pepperoni pizza

Səfər zamanı hökumət başçısı NATO-nun baş katibi ilə görüş keçirəcək, həmçinin NATO-Gürcüstan komissiyasının iclasında iştirak edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!