Koçaryanın oğluna vəzifə verilir 

saytların hazırlanması

Evə çatdırılma

Koçaryanın oğluna vəzifə verilir 

Dünya

18 Yanvar 2024 11:07 430


Ermənistanın eks-prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryana yeni vəzifə veriləcək. 

Yenisabah.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müxalif "Hayastan" fraksiyasının deputatı Aqnessa Xamoyan məlumat verib. 

Onun sözlərinə görə, bala Koçaryan parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının tərkibinə daxil ediləcək. Dominos pizza

Qeyd edək ki, L.Koçaryan baş nazir Nikol Paşinyana qarşı itaətsizlik aksiyalarında iştirak edərkən tutulmuşdu. Bundan sonra onun toxunulmazlıq əldə etməsi üçün "Hayastan" fraksiyasının deputatlarından biri istefa vermiş, proporsional siyahıdakı digər deputatlığa namizədlər isə ardıcıl qaydada mandatdan imtina etmişdilər. Nəticədə Levon Koçaryan fraksiyanın deputatı olmuşdu. Hazırda o, Ermənistan parlamentində fəaliyyətini davam etdirir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!