“Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyan şəxsi maraqları üçün Dağlıq Qarabağa xəyanət edib onu satdılar”.
Yenisabah.az “Novosti Armenii”yə istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri əvəzi Nikol Paşinyan bu gün parlamentin iclasında millət vəkillərinin suallarını cavablandırarkən bildirib.
Paşinyan parlamentin tribunasından keçmiş prezidentlərə müraciət edib. “Robert Köçəryan və Serj Sarkisyan, siz Vətən xainisiniz! Biz sizin xəyanətinizlə mübarizə apardıq. Xəyanətinizi müharibə dövründə də davam etdirdiniz”. pizza sifarişi
Baş nazir əvəzinin sözlərinə görə keçmiş səlahiyyətlilər ermənilərə genetik səviyyədə müharibə qorxusu aşılayıblar. O, Sarkisyanın “pis danışıqlar həmişə yaxşı müharibədən daha yaxşıdır” ifadəsini xatırladıb, habelə sələflərini ordunu müharibəyə hazırlamamaqda günahlandırıb.
Telegram kanalımız