Köçəryan yenə Paşinyanı hədəfə aldı: “Məndən qorxur”

saytların hazırlanması

Evə çatdırılma

Köçəryan yenə Paşinyanı hədəfə aldı: “Məndən qorxur”

Siyasət

05 İyun 2021 11:26 971


“Onlar məndən qorxurlar və yeri gəlmişkən, düz iş görürlər”

Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bunu Robert Köçəryan bildirib.

“Ermənistan” seçki blokunun rəhbəri deyib: “Ölkədə hər kəs anarxiyanı hiss edir və şikayət edir, ölkə ağasız qalıb və bundan pis bir şey yoxdur”. Sezar pizza

Robert Köçəryanın sözlərinə görə, bu cür hisslər ailəyə nüfuz etdikdə ailənin parçalanması prosesi başlayır. “Bu hiss dövlət miqyasında meydana gələndə bu, ölkənin parçalanmasının başlanğıcı deməkdir”.

Eks-prezident hakim partiyanı yenidən hədəfə alaraq sözlərinə əlavə edib: “Baş nazir seçilməsini bu çağırış parlamenti vasitəsi ilə təmin etmək niyyətindəyiksə, bu parlamentin səs verə biləcəyi son adam mənəm. Hamımız bilirik ki, onlar məndən qorxurlar və yeri gəlmişkən, düz iş görürlər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!