Köçəryanın həbsdən buraxılan oğlu: “Deputat mandatı almağım sürpriz oldu”

saytların hazırlanması

Evə çatdırılma

Köçəryanın həbsdən buraxılan oğlu: “Deputat mandatı almağım sürpriz oldu”

Maraqlı

07 Noyabr 2023 12:12 547


“Mən indi mandat haqqında danışmaq istəmirəm”. 

Yenisabah.az xəbər verir ki, bunu polisi döymək ittihamı ilə  həbs edilən Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan deputat mandatı aldıqdan sonra sərbəst buraxılarkən deyib. 

“Artıq neçə illərdir ki, ölkədə hüquqi xaosun şahidi oluruq. Hər dəfə daha çox şeyə qadir olduqlarını sübut edirlər. Mənim kimi və bir çox insanlar gülünc, qondarma ittihamlarla həbs olunublar. Amma ümid edirən ki, hamısı azad olunacaqlar”.  Dominos pizza

L.Köçəryan deyib ki, manadat alması gözlənilməz olub: 

“İndi mandat haqqında danışmayacağam, bütün bunlar mənim üçün sürpriz oldu. Əsas odur ki, mən azadam, qalanları danışmaq üçün səbəb olacaq”. 

“Deputat mandatından məhrum olmaqdan qorxursunuzmu” sualına Levon Köçəryan belə cavab verib: “Mən bu hakimiyyətdən hər şeyi gözləyirəm, onlar hər şeyə qadirdirlər”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!