“Kodlar dəyişdirilir, müştəri cərimələnir” – “Kontakt Home”da nə baş verir?

“Kodlar dəyişdirilir, müştəri cərimələnir” – “Kontakt Home”da nə baş verir?

Xalqın səsi Veb saytların hazırlanması

05 Avqust 2023 08:46 20485


“Kontakt Home” şirkətindən yenə şikayət var.

“Yeni Sabah” xəbər verir ki, bu barədə tanınmış jurnalist Elmir Muradov paylaşım edib. O bildirib ki, şirkət maxinasiya edərək insanların cibinə girir.

Maxinasiyanı ifşa edən jurnalist bir daha şirkətdən heç nə almayacağını bildirib.

“Həyatımın ilk səhvini edib iyul ayında “Kontakt Home”dan kreditə mobil telefon götürdüm. Dostlarımın dəfələrlə “oradan heç quru çöp də alma” sözlərinə qulaq asmadım. İndi də əziyyətini çəkirəm. Hər ayın 17-si kredit ödənişinin vaxtıdır. Ödəmə terminalına yanaşaraq ödəniş etmək istədim. Ekranda sistemin işləmədiyini göstərdi. Daha sonra onlayn formada ödəmək istədim, onda da sistemdə yanlışlıq olduğunu göstərdi.

Şirkətə zəng etdim ki, məsələni ayırd edəm, operatora bağlanmaq üçün 6 dəqiqə xəttdə gözlədim. Operator xanım telefonu açandan sonra gah minnətlə danışdı, gah səs tonunu qaldırdı. Anlamadım, müştəri mənə, yoxsa şirkət əməkdaşı?

Bir xeyli sorğu-sualdan sonra “kodlar dəyişilib, sistemdə axtarış verək, məsələyə aydınlıq gətirmək üçün geri dönüş edəcəyik” deyib sağollaşdı. Mən bunları anladım. Deməli, şirkət kodları qəsdən dəyişir və müştəriyə də yeni kodu göndərmir. Və beləliklə, müştəri vaxtında ödəniş edə bilmədiyi üçün mövcud kreditin üzərinə faiz gəlir. Bu yolla şirkət öz çirkin planını həyata keçirib insanların cibinə girir.

Bunların kreditinin hamısını ödəmək, bundan sonra, ümumiyyətlə, “Kontakt Home” tərəfə getməmək lazımdır. Konkret maxinasiya ilə məşğuldurlar”, – deyə jurnalist qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!