Köhnə avtomobil sahiblərinə xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Köhnə avtomobil sahiblərinə xəbərdarlıq

Avto

31 May 2021 08:46 3729


Bakıda hərəkətdə olmayan avtomobil qəfil alışıb. “Yeni Sabah” Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə ötən gün paytaxtın Xətai rayonu, Babək prospektində baş veib.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, yanğın "QAZ-3110" markalı minik avtomobilinin yük yerindən başlayıb. Dərhal yaxınlıqda olanlar yanğına müdaxilə ediblər.

Ətrafdan insanlar su gətirib avtomobil söndürməyə çalışsalar da, mümkün olmayıb. Əraziyə gələn yanğınsöndürənlər yanğını söndürə biliblər. Hadisə zamanı xəsarət alan olmasa da, minik avtomobilinin salonu və yük yeri yanıb. Toyuqlu pizza

Bənzər hadisələr Biləsuvar və Ağdaş rayonlarında da olub. Biləsuvarda "Qaz" markalı yük maşınının kabini yanıb. Yük avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub. Ağdaşda isə "Mersedes" markal minik avtomobilinin yanar hissələri yanıb.

Bəs avtomobillər hansı səbəbdən yana bilər?

Ustalar deyirlər ki, yanğına səbəb avtomobillərin yanacaq sistemindən baş verən nasazlıq olur.

Yeni avtomobillərdə isə bu, çox nadir hallarda baş verir. İstehsal ili 5 ildən çox olmayan avtomobillərdə baş verən yanma hallarına isə adətən əlavə avadanlıqlara görə də rast gəlinir.

Usta Sahil Ağabəyli sürücülərə yay aylarında bəzi diqqət ediləsi vacib tövsiyələr verib.

Usta onu da bildirib ki, sürücülər avtomobildə yaranan xırda nasazlığa həssas yanaşmalıdırar.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!