“Köhnə şəxsiyyət vəsiqələri ilə Türkiyəyə getməyə icazə verilmir” - DSX

saytların hazırlanması

Evə çatdırılma

“Köhnə şəxsiyyət vəsiqələri ilə Türkiyəyə getməyə icazə verilmir” - DSX

Turizm

07 İyul 2021 19:10 3198


Azərbaycan Respublikasının vətəndaşları yaşından asılı olmayaraq yalnız biometrik şəxsiyyət vəsiqələri ilə Türkiyə Resbulikasına birbaşa səfərlər edə bilərlər.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, köhnə nəsil şəxsiyyət vəsiqələri ilə Türkiyəyə gediş-gəlişə icazə verilmir. Həmçinin bildirilib ki, bu qanun Türkiyədən gələn vətəndaşlar üçün də keçərlidir. pizza sifarişi

Qeyd edək ki, köhnə nəsil şəxsiyyət vəsiqələrindən fərqli olaraq 15 yaşına qədər uşaqlara verilən biometrik şəxsiyyət vəsiqələrində onların fotoşəkli yerləşdirilir, sadəcə imzası göstərilmir.

Xatırladaq ki, ötən gün Türkiyə şəxsiyyət vəsiqələri ilə gedilə biləcək ölkələrə - Moldova, Ukrayna, Gürcüstan və Azərbaycana - 15 yaşından aşağı vətəndaşlara verilən şəkilsiz kimliklərlə səyahət edilməsini qadağan edib./Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!