“Koksaki“ virusu haqqında açıqlama - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

“Koksaki“ virusu haqqında açıqlama - Rəsmi

Sağlamlıq

13 Fevral 2019 15:38 7456


Səhiyyə Nazirliyi Azərbaycanda "koksaki" virusunun yayılması barədə səslənən fikirlərə münasibət bildirib.

Nazirliyin Mətbuat xidmətindən bildirilib ki, Azərbaycanda "koksaki" virusunun yayılması barədə yayılan məlumatlar düzgün deyil.

Belə ki, Azərbaycanda indiyədək aparılan laborator müayinələr zamanı "koksaki" virusuna yoluxma halı aşkarlanmayıb. pizza mizza

Nazirlikdən Azərbaycanda yoluxucu xəstəliklərə qarşı ciddi əks-epidemik tədbirlərin aparıldığı da bildirilib.

Qeyd edək ki, hüceyrədaxili parazit sayılan "koksaki" virusuna yoluxan insanlarda qızdırma, ishal əlamətləri, səpki özünü göstərir. "Koksaki" virusu qrip virusu kimi insanlara daha çox hava-damcı yolu ilə keçir. Buna görə də xəstəlik insanlar arasında sürətlə yayılır. Bu virusa məktəbəqədər və məktəbyaşlı uşaqlar daha çox yoluxurlar.

Trend

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!