Kollecdə qalmaqal: Direktorla mübahisədən sonra işçi özünə xəsarət yetirdi - İDDİA

saytların hazırlanması

Evə çatdırılma

Kollecdə qalmaqal: Direktorla mübahisədən sonra işçi özünə xəsarət yetirdi - İDDİA

Sosial

13 Dekabr 2025 00:15 1115


Sənaye və Texnologiya Kollecində işçi ilə direktor arasında yaranan mübahisə insidentlə nəticələnib.

"Yeni Sabah" Xəzər TV-yə istinadən xəbər verir ki, 25 ildir kollecdə laborant kimi çalışan Natavan Səmədova münasibətlərin gərginləşməsinə səbəb kimi yeni təyin olunmuş direktorun texniki işçilərin maaşlarına edilən əlavəni dayandırmaq qərarını göstərib.

Natavan Səmədovanın iddiasına görə, Nasim Abışov 2025-ci ildə Sənaye və Texnologiya Kollecinə direktor təyin olunub və bu müddət ərzində kollecin müəllim və digər əməkdaşları ilə müxtəlif problemlər yaşanıb. pizza sifarişi

470 manat maaşla çalışdığını bildirən laborant qeyd edib ki, maaş əlavəsinin dayandırılmasından sonra o, ikinci qrup əlil olduğunu, azyaşlı övladı ilə birlikdə kirayə mənzildə yaşadığını və həyat yoldaşının işsiz olduğunu direktorun diqqətinə çatdırıb.

Onun sözlərinə görə, direktor Nasim Abışov bu müraciətə məhəl qoymayıb. Bundan sonra tərəflər arasında münasibətlər daha da gərginləşib və insident baş verib. Nəticədə, Natavan Səmədova özünə xəsarətlər yetirib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!